MEH
MEH
D-8 MEC

D-8 Media Mükəmməllik Mərkəzi

Haqqında

D-8 Media Mükəmməllik Mərkəzi (D-8 MEC) Media Mükəmməllik Şəbəkəsinin (MEH) struktur bölməsidir. Mərkəz D-8 İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlər arasında media sahəsində institusional əməkdaşlığın inkişaf etdirilməsinə, peşəkar media mühitinin formalaşdırılmasına, bilik və təcrübə mübadiləsinin təşviqinə, innovativ media həllərinin tətbiqinə və birgə layihələrin həyata keçirilməsinə xidmət edir.

D-8 MEC öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyinə, Medianın İnkişafı Agentliyinin müvafiq normativ sənədlərinə, D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının qərarlarına, beynəlxalq müqavilələrə və digər aidiyyəti normativ-hüquqi aktlara uyğun həyata keçirir.

Məqsəd
Mərkəzin əsas məqsədi D-8 ölkələri arasında media sahəsində davamlı institusional əməkdaşlığın yaradılması, peşəkar media potensialının gücləndirilməsi, birgə media layihələrinin təşviqi və D-8 ölkələrinin beynəlxalq informasiya məkanında daha effektiv təmsil olunmasına töhfə verməkdir.

D-8 MEC-in Əsas Fəaliyyət İstiqamətləri

01
Media sahəsində beynəlxalq əməkdaşlıq
02
İnformasiya, bilik və təcrübə mübadiləsi
03
Ekspert şəbəkəsinin formalaşdırılması
04
Peşəkar inkişaf, təlim və potensialın artırılması
05
Media tədqiqatları və analitika
06
Dezinformasiya ilə mübarizə və media dayanıqlılığı
07
Media innovasiyaları və süni intellekt
08
Birgə media layihələri və təşəbbüslər
09
Media tədbirləri və şəbəkələşmə
10
Beynəlxalq strateji tərəfdaşlıqlar